Azərbaycan futbolunun inkişafına töhfə vermək və xaricdə yaşayan istedadlı azərbaycanlı futbolçuların məlumat bazasını yaratmaq məqsədilə xaricdə yaşayan azərbaycanlı futbolçuları və onların valideynlərini AFFA-nın Futbolun İnkişafı Departamenti ilə əlaqə saxlamağa dəvət edirik.
Bizimlə əlaqə saxlayarkən aşağıdakı məlumatları təqdim etməyinizi xahiş edirik:
• Ad, soyad
• Doğum tarixi (2006–2015-ci il təvəllüdlü futbolçular)
• Yaşadığınız ölkə
• Hazırda çıxış etdiyiniz klub
• Yarış səviyyəsi / liqa
• Daha əvvəl hər hansı regional, əyalət və ya milli komandaya dəvət almısınızmı? Almısınızsa, hansı komandaya?
• Hər hansı seçmə komandaya dəvət almısınızmı? Almısınızsa, hansı komandaya?
• Əlaqə nömrəsi
Məqsədimiz Avropada yaşayan azərbaycanlı futbolçular haqqında məlumat toplamaq, onlarla əlaqə yaratmaq və gələcək layihələr çərçivəsində onların inkişafını yaxından izləməkdir.
Tələb olunan məlumatları aşağıdakı e-poçt ünvanlarına göndərə bilərsiniz:
Və ya birbaşa WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz:
Nicat Abadlı
Xaricdə Azərbaycan Gənclər Futbolu üzrə Koordinator
AFFA – Futbolun İnkişafı Departamenti