az en
News / Xızıda futbol festivalı keçirilib (fotolar)

Xızıda futbol festivalı keçirilib (fotolar)

Kütləvilik Dərc olundu: 27.07.2023 Çap
AFFA-nın, Uşaq Gənclər Futbol Federasiyasının və Xızı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar, “Heydər Əliyev İli” çərçivəsində Xızı rayonunda uşaq və yeniyetmələr üçün futbol festivalı keçirilib.
Xızıda futbol festivalı keçirilib (fotolar)
Tədbirdə AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Əzizov, Milli Məclisin deputatları Müşviq Məmmədli, İlham Məmmədov, Uşaq Gənclər Futbol Federasiyasının prezidenti Asif Əliyev, Regional Təhsil İdarəsinin rəis müavini Coşqun Əliyev və rayon ictimayyətinin nümayəndələri iştirak edib.
Festivalda iştirak edən 50 uşaq və yeniyetməyə futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Gələcəkdə belə tədbirlərin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulub.
 
Baş Sponsor 
Partnyorlar