az en
News / Bu gün saat 23:00. “Hapoel” - “Sabah”

Bu gün saat 23:00. “Hapoel” - “Sabah”

Çempionlar Liqası Dərc olundu: 19.08.2026 Çap
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Sabah” bu gün pley-off mərhələsində ilk oyuna çıxacaq. Bakı klubu İsrailin “Hapoel” (Beer-Şeva) komandasının qonağı olacaq.
Bu gün saat 23:00. “Hapoel” - “Sabah”
Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:30-da başlanacaq. İtaliyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “İctimai TV” vasitəsilə canlı yayımlanacaq.
 
19 avqust
 
23:00. “Hapoel” (Beer-Şeva, İsrail) - “Sabah” (Azərbaycan)
Baş hakim: Davide Massa
Baş hakimin köməkçiləri: Filippo Meli, Alessio Berti
Dördüncü hakim: Matteo Markenaro
VAR: Marko Di Bello
AVAR: Valerio Marini
(Hakimlər briqadası İtaliyadandır)
Buxarest, Giuleşti stadionu
Baş Sponsor