az en
News / “Qarabağ” Konfrans Liqasında pley-offa yüksəldi

“Qarabağ” Konfrans Liqasında pley-offa yüksəldi

Çempionlar Liqası Dərc olundu: 13.08.2026 Çap
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” III təsnifat mərhələsində cavab oyununa çıxıb. Ağdam klubu Ukraynanın “Dinamo” (Kiyev) komandasını qəbul edib.
“Qarabağ” Konfrans Liqasında pley-offa yüksəldi
Lublində baş tutan ilk oyunda 0:1 hesabı ilə məğlub olan “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdə rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Təmsilçimizin heyətində qolları 12-ci dəqiqədə Jali Muaddib və 69-cu dəqiqədə Aleksey Kaşuk vurublar.
Beləliklə, “Qarabağ” pley-off mərhələsinə adlayıb. Qurban Qurbanovun yetirmələrinin bu raunddakı rəqibi “Dunayska Streda” (Slovakiya) – “Tvente” (Niderland) cütünün qalibi olacaq. Komandaların Niderlanddakı ilk matçında “Tvente” 6:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin oyunları avqustun 20-də və 27-də keçiriləcək. “Qarabağ”ın ilk oyunu səfərdə olacaq.
Baş Sponsor