az en
News / Millimiz (Qadınlar) bu gün ikinci oyununa çıxacaq

Millimiz (Qadınlar) bu gün ikinci oyununa çıxacaq

A Milli, A milli (Qadınlar) Dərc olundu: 01.07.2025 Çap
Belarusda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq görüşünü keçirəcək.
Millimiz (Qadınlar) bu gün ikinci oyununa çıxacaq
A milli Belarus yığması ilə qarşılaşacaq. Minskdəki “Traktor” stadionunda təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. Matçı rusiyalı baş hakim Vera Opeykina idarə edəcək.
Qeyd edək ki, komandalar arasında iyunun 28-də keçirilən ilk matçda Belarus yığması 3:0 hesablı qələbə qazanıb.
 
1 iyul
 
Belarus - Azərbaycan
“Traktor” stadionu. Saat 17:00
Baş hakim: Vera Opeykina (Rusiya)
Baş hakimin köməkçiləri: Yekaterina Kuroçkina, İrina Çeçenina (hər ikisi Rusiya)
Dördüncü hakim: Volqa Blotskaya (Belarus)
Baş Sponsor