az en
News / U-21 ilk yoxlama oyununda qalib gəldi

U-21 ilk yoxlama oyununda qalib gəldi

U-21 Dərc olundu: 16.01.2026 Çap
Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.
U-21 ilk yoxlama oyununda qalib gəldi
U-21 millimiz I Liqa təmsilçisi “Səbail”lə qarşılaşıb. “Dalğa Arena”nın məşq meydançasında baş tutan görüş Rəşad Eyubovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolu 82-ci dəqiqədə Murad Ələkbərov vurub.
Qeyd edək ki, U-21 millimiz toplanış çərçivəsində ikinci yoxlama oyununu yanvarın 17-də Misli Premyer Liqasında çıxış edən “Şamaxı” klubuna qarşı keçirəcək.
Baş Sponsor