Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Qarabağ” bu gün Liqa mərhələsində sonuncu oyununa çıxacaq. Komanda VIII tur matçında Pireydə Yunanıstanın “Olimpiakos” kollektivinin qonağı olacaq.
“Georgios Karaiskakis” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Rumıniyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma İctimai TV kanalı vasitəsilə canlı yayımlanacaq.
30 yanvar
“Olimpiakos” - “Qarabağ”
Georgios Karaiskakis. Saat 00:00
Baş hakim: Radu Petrescu
Baş hakimin köməkçiləri: Radu Ghinguleac, Mircea Mihail Grigoriu
Dördüncü hakim: Marcel Birsan
VAR: Cătălin Popa
AVAR: Sebastian Colţescu
(Hakimlər briqadası Rumıniyadandır)
Hakim-inspektor: Gediminas Mažeika (Litva)
UEFA nümayəndəsi: Mario Đuran (Bosniya və Herseqovina)