az en
News / Millimiz (Çimərlik) pley-off mərhələsinə yüksəldi

Millimiz (Çimərlik) pley-off mərhələsinə yüksəldi

Çimərlik futbolu Dərc olundu: 18.07.2026 Çap
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) üçüncü oyuna çıxıb. B Liqasının B qrupunda yer alan millimiz Latviya yığması ilə qarşılaşıb.
Millimiz (Çimərlik) pley-off mərhələsinə yüksəldi
Batumi çimərlik meydançasında baş tutan görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində hər iki qolu Orxan Məmmədov vurub.
Bununla qrupda ikinci yeri tutan Azərbaycan millisi pley-off mərhələsinə vəsiqə qazanıb. Komandamız bu raundda Norveç yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, millimiz qrupdakı ilk iki oyunda İngiltərəyə 8:3, Slovakiyaya 4:2 hesabı ilə qalib gəlib.
Baş Sponsor