az en
News / “Neftçi”nin Çempionlar Liqasında rəqibi müəyyənləşib

“Neftçi”nin Çempionlar Liqasında rəqibi müəyyənləşib

Avrokubok Dərc olundu: 24.06.2025 Çap
Bu gün qadın futbolçular arasında UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
“Neftçi”nin Çempionlar Liqasında rəqibi müəyyənləşib
Püşk nəticəsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi müəyyənləşib. Bakı təmsilçisi bu mərhələnin yarımfinalında Türkiyənin “Fomget” klubu ilə qarşılaşacaq. Cütün qalibi finalda İsrailin “Kiryat” kollektivi ilə üz-üzə gələcək. Qalib komanda II təsnifat mərhələsinə yüksələcək.
Birinci mərhələnin yarımfinal oyunları iyulun 30-da, final görüşləri isə avqustun 3-də keçiriləcək.
Baş Sponsor