Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Qarabağ” Liqa mərhələsində sonuncu oyununu keçirib.
Komanda VIII tur matçında Pireydə Yunanıstanın “Olimpiakos” klubunun qonağı olub. “Georgios Karaiskakis” stadionunda keçirilən görüşdə meydan sahibləri 3:0 hesablı qələbə qazanıblar.
Liqa mərhələsini 3 xalla tamamlayan “Qarabağ” Avropa Liqasında mübarizəni dayandırıb.