Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Qarabağ” bu gün Liqa mərhələsində altıncı oyununa çıxıb.
Komanda Borasda İsveçin “Elfsborq” kollektivinin qonağı olub. “Boras Arena”da keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Qarabağ” Liqa mərhələsinin VII turu çərçivəsində 2025-ci il yanvarın 23-də Bakıda Rumıniyanın FCSB klubu ilə qarşılaşacaq.