“Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunda Yunanıstanın “Olimpiakos” klubu ilə keçirəcəyi səfər oyununun hakimləri açıqlanıb. UEFA yanvarın 30-da Pireydə təşkil olunacaq görüşü Rumıniyadan olan hakimlər briqadasına həvalə edib:
30 yanvar
“Olimpiakos” - “Qarabağ”
Georgios Karaiskakis stadionu. Saat 00:00
Baş hakim: Radu Petrescu
Baş hakimin köməkçiləri: Radu Ghinguleac, Mircea Mihail Grigoriu
Dördüncü hakim: Marcel Birsan
VAR: Cătălin Popa
AVAR: Sebastian Colţescu
(Hakimlər briqadası Rumıniyadandır)
Hakim-inspektor: Gediminas Mažeika (Litva)
UEFA nümayəndəsi: Mario Đuran (Bosniya və Herseqovina)