Boulevard Hotel Baku & Milli komandalar

AFFA ilə Boulevard Hotel Baku arasında sponsorluq müqaviləsi 1 sentyabr 2015-ci ildə bağlanılıb. 
 
 
AFFA-nın baş katibi Elxan Məmmədov və Boulevard Hotel Baku otelinin meneceri Valentin Osolos çıxış edərək əməkdaşlığın uzunmüddətli və hər iki tərəf üçün faydalı olacağına ümid etdiklərini bildiriblər. Çıxışlardan sonra Elxan Məmmədov və Valentin Osolos AFFA ilə Boulevard Hotel Baku arasında sponsorluq müqaviləsini imzalayıblar.
 
Tərəflər bir-birinə xatirə hədiyyələri təqdim edib. AFFA-nın hədiyyəsi – üzərində milli komandanın futbolçularının imzası olan futbolka Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki tərəfindən təqdim olunub.
 
 
Qeyd edək ki, müqaviləyə əsasən, Boulevard Hotel Baku Azərbaycan milli komandalarına və AFFA-nın təşkilatçılığı ilə keçirilən U-15 Liqasına sponsorluq edəcək.
 
 
 
“Boulevard Hotel Baku” haqqında
Boulevard Hotel Baku “Absheron Hotel Group”un Azərbaycanda istifadəyə verdiyi sayca dördüncü oteldir. Adını dənizkənarı parkdan götürmüş və Bakı buxtasında, şəhər mərkəzindən şərqdə yerləşən Boulevard Hotel Azərbaycanın ən böyük konfrans oteli olmaqla qonaqlara 818 ecazkar rahatlığa malik otaqlar təklif edir. Boulevard Hotel paytaxtın başlıca işgüzar və mədəni mərkəzlərinə tez bir zamanda çatmaq üçün əlverişli məkanda  yerləşir və qonaqlara vaxtlarını səmərəli keçirmək üçün hər cür imkanlar təklif edir. Boulevard Hotel Baku-nun memarı dünyaca məşhur və bir çox mükafatlara layiq görülmüş Reardon Smith Architects şirkətidir.