AFFA

Azərbaycan Milli Komandası

Baş məşqçi “Neftçi” klubunun nümayəndələri ilə görüşüb (fotolar) 29.04.2015 Baş məşqçi “Neftçi” klubunun nümayəndələri ilə görüşüb (fotolar)
Bu gün AFFA-nın inzibati binasında “Neftçi” klubunun təşəbbüsü ilə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki klubun nümayəndələri ilə görüşüb. “Neftçi”nin baş məşqçisi Arif Əsədovun, klubun idman direktoru Vəli Qasımovun və icraçı direktorun müavini Mübariz Xudiyevin iştirak etdiyi görüşdə ətraflı fikir mübadiləsi aparılıb.  

Məşqçilər

Hakimlər

Məşqçilərimiz kursda iştirak edir 05.05.2015 Məşqçilərimiz kursda iştirak edir
Almaniya Futbol İttifaqının (DFB) təşkilatçılığı ilə Köln şəhərində məşqçilər üçün kurs keçirilir. DFB-nin dəvətinə əsasən, Azərbaycan milli komandasının məşqçisi Elxan Abdullayev və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Yaşar Vahabzadə kursda iştirak edir. Kurs mayın 10-da başa çatacaq.  
İnqilab Məmmədova yeni təyinat 04.05.2015 İnqilab Məmmədova yeni təyinat
Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov Bakı-2015 Birinci Avropa Oyunlarına təyinat alıb. Xatırladaq ki,  Bakı-2015 I Avropa Oyunlarına digər idman növləri ilə yanaşı, 8 komandanın iştirakı ilə çimərlik futbolu üzrə də qarşılaşmalar keçiriləcək. A qrupunda Azərbaycan, Portuqaliya, İsveçrə və Ukrayna, B qrupunda isə Rusiya, İtaliya, İspaniya və Macarıstan milli komandaları mübarizə aparacaq.  

FIFA

UEFA

Sürixdə FIFA və AFFA-nın prezidentləri görüşüb (fotolar) 05.05.2015 Sürixdə FIFA və AFFA-nın prezidentləri görüşüb (fotolar)
Bu gün İsveçrənin Sürix şəhərində AFFA-nın təşəbbüsü ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev FIFA-nın prezidenti Yozef Blatterlə görüşüb.  
Baş katib UEFA komitəsinin iclasında iştirak edib (fotolar) 29.04.2015 Baş katib UEFA komitəsinin iclasında iştirak edib (fotolar)
İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil qərargahında Avropa futbol qurumunun FAIR PLAY və Sosial Məsuliyyət Komitəsinin iclası keçirilib. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi, adıçəkilən komitənin sədrinin 2-ci müavini Elxan Məmmədov iclasda iştirak edib.  

Çimərlik Futbolu

TOPAZ Premyer Liqası

Baş Sponsor 
Partnyorlar 
Proyekt Partnyorları 

Ayın Faktı

Aprel, 2015
16 yaşadək oğlanlardan və qızlardan ibarət Azərbaycan yığma komandaları Bakıda təşkil olunmuş UEFA-nın İnkişaf turnirinin qalibi olublar.