1956-cı ilin mayın 27-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitunun Neft və qaz quyularının qazılması fakültəsini bitirmişdir. Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvüdür. Rus və ingilis dillərini bilir.
1978- ci ildən Bakı Qaz İstehsalat İdarəsində böyük mühəndis işləmişdir. 1983-cü ildən Azərbaycan Dövlət Peşə Təhsili Komitəsi sədrinin köməkçisi, Xalq Təhsili Nazirliyinin İdarə rəisi olmuşdur. 1991-1992-ci illərdə “İnbak” firması baş direktorunun müavini, 1994-cü ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin köməkçisi, Nazirliyin işlər müdiri, 2000-2005-ci illərdə “Neftçi” İdman- sağlamlıq Mərkəzinin sədri vazifəsində çalışmışdır. 2004-cü ildən AFFA-nın birinci vitse-prezidentidir. 2015-ci ildə Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü, 2016-cı ildə Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti seçilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Üçüncü, dördüncü və beşinci çağrış Azərbaycan Respublikası Milli Məclisin deputatı seçilmişdir.
Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədr müavinindir. Azərbaycan – Bolqarstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Bolqarstan, Fransa, Koreya və Qırğızıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin və MDB–nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayyəndə heyyətinin üzvüdür. MDB Parlamentlərarası Assambleyanın “Mədəniyyət, İnformasiya, Turizim və idman üzrə” daimi komissiyasının üzvüdür.
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Azərbaycan Respublikası Prezidentinin 2067 saylı 26 may 2016-cı il tarixli sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
Evlidir, iki övladı var.