az en
Xəbərlər
Finalçı komandaların nümayəndələri Bakıda işgüzar səfərdədir 13.05.2019
UEFA Avropa Liqası turnirinin bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində finalçı komandaların – “Arsenal” və “Çelsi” klublarının rəsmilərinin, eləcə də UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb.
Mayın 15-nə qədər davam edəcək səfər proqramında 20 nəfərə yaxın klub nümayəndəsi Bakı Olimpiya Stadionunda təhlükəsizlik, azarkeş zonasında hazırlıq prosesi, komandaların qalacağı otellər ilə yerində tanış olacaq, eləcə də final oyununun təşkili barədə fikir mübadiləsi aparılacaq.
 
UEFA Avropa Liqası: Bakıda London derbisi 10.05.2019
Bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqası turnirinin final oyununda İngiltərəni təmsil edən 2 komanda – “Arsenal” və “Çelsi” mübarizə aparacaq.
 
Final ilə bağlı tədbirlər üçün KIA avtomobilləri (fotolar) 09.05.2019
KIA Motors Corporation (KMC) ilə UEFA arasında 2018-ci ildə bağlanmış müqaviləyə əsasən, UEFA Avropa Liqasının  final oyunlarında qonaqların daşınması məhz bu şirkətin istehsalı olan avtomobillərlə həyata keçiriləcək.
 
Baş Sponsor 
Proyekt Partnyorları